"Azneft İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.

Unikal.org-un SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib. Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Axtarış işləri davam etdirilir.