Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "BMW markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107 markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-2107 markalı avtomobilin sürücüsü Məmmədzadə Nicat Fizuli oğlu ölüb, "BMW avtomobildəki sərnişinlərdən biri Məmmədzadə Samir Nizami oğlu ağır xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı toqquşan avtomobillərin sürücüsü əmioğludurlar. Bununla yanaşı, qəzada ölmüş "VAZ-2107 markalı avtomobilin sürücüsünün sabah toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.