Tovuzda oğurluq edən şəxslər saxlanılıb.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, rayon polisi mağazalara qənim kəsilən Alakol kənd sakinləri 22 yaşlı İlkin Həsənov və Elşən Ələsgərovu həbs edib. Onlar Tovuzda yerləşən beş mağazanı yarıblar. Bir gecədə fərqli dünaklardan 20-yə yaxın mobil telefon, danışıq kartları, bir paket qəpik və qol saatları götürüblər.

İlkin dindirilmə zamanı hər iki şəxs törətdiyi əmələ görə peşman olduqlarını bildiriblər. Hazırda onların mağaza sahiblərinə vurduğu ziyan hesablanılır. Tovuz rayon Polis Şöbəsi sahibkarlara siqnalizasiya sistemindən istifadə etməyi tövsiyyə edir.

Çünki oğruların maska və digər hiylələrdən istifadə etməsi təhlükəsizlik kameraları ilə şəxsiyyətlərinin müətyənləşdirilməsini çətinləşdirir.