Natiq Cəfərli: "Manatın məzənnəsinin tədricən aşağı salınması prosesi 2008-ci ildən həyata keçirilsəydi, indi nə iqtisadiyyatımız, nə də banklar belə bir ağır vəziyyətlə üzləşəcəkdi"

İqtisadçı ekpert Natiq Cəfərli Unikal.org-a müsahibəsində manatın gələcək taleyi, kəskin devalvasiyanın hansı səbəblərdən yaranması ilə bağlı məqamlara toxunub.

-Bir müddət əvvəl Mərkəzi Bank manatın məzənnəsindəki dəyişikliyi neftin dünya bazarında qiymətinin düşəməsi ilə əlaqləndirirdi. Ancaq bir neçə gündür neftin qiymətində artımlar müşahidə olunur. Ancaq manatın məzənnəsi düşməkdə davam edir. Bu paradoksal vəziyyəti necə şərh edərdiz?

-Azərbaycandakı iqtisadi proseslər, iqtisadi aktivlik, manatın məzənnəsi, ölkəyə gələn valyutanın həcmi neft və neftin qiymətləri ilə bağlıdır. O zaman Mərkəzi Bank açıqlama vermişdi ki, neftin dünya bazarında qiymətinin düşməsi manatın məzənnəsinə ciddi təsir edir. Əgər neftin qiyməti qalxarsa, manatın məznnəsi yüksələcək, ancaq bu, baş vermədi. İndiki vəziyyətdə ölkəyə gələn valyutanın həcmi kifayət qədər aşağı səviyyələrdədir. Mərkəzi Bank neftin qiyməti ilə birbaşa bağlılıq qurmamalı idi. Hazırda neftin qiymti 80-90 dollara qədər artmalıdır ki, manat özünü çox rahat hiss etsin. Neftin qiymətinin 40 dollar həcmində olması manatın məzənnsinin komfortlu olmasına şərait yarada bilmir. Bundan başqa, ölkədə ciddi şəkildə idxaldan asılılıq da var. Məcburi şəkildə ölkədən valyuta çıxması baş verməlidir ki, ölkəyə lazım olan məhsullar alınıb gətirilsin. Bu da manatın və dolların məzənnəsinə birbaşa təsir göstərir. Neftin qiyməti uzun müddət bu səviyyələrdə qalacaq. Ona görə də də Azərbaycan hökuməti daha çox ölkəyə valyuta gətirə biləcək sahələrin inkiafına diqqət etməlidir ki, neftdən asılılıq azalsın. 

-Maliyyə Bazarların Nəzarət Palatasının hansı zərurətdən yarandı?

-Əslində, Mərkəzi Bankın funksiyalarının bölünməsi normal praktikadır. Bu dünya ölkələrin çoxunda var. Ancaq məzənnənin müəyyən olunması yenə də Mərkəzi Banlkın səlahiyyətində qaldı. Hazırda məzənnəni Mərkəzi Bank müəyyən edir. Hansı ki , bunun adına "üzən məzənnə" deyirlər. Hamıya məlumdur ki, bu "üzən məzzənə" deyil. İnzibati qaydada Mərkəzi Bank öz humanitar siyasətinə uyğun olaraq məzənnəni müəyyən edir. Maliyyə Bazarların Nəzarət Palatasının yaradıması bankların fəaliyyətində yeni dəyişikliyə yol aça bilər. Bir müddət əvvəl maliyyə vəziyyəti pis olan bankların bağlanmasına qərar verilmişdi. 7 bank bağlandı. Sonra təmərküzləşmə prosesi getməli idi. Mərkəzi Bank bunu edə bilmədi.Yeni qurum ola bilər ki, bu məsələdə aktiv olsun. Problemli bankların təmizlənməsinə, bazarın sağlamlaşdırılması yöndə daha ciddi addımlar atsın. 
 
-Manatın məzənnəsinin indiki vəziyyətdən aşağı düşəməsi gözlənilirmi?
 
-Kəskin devalvasiya Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurdu. Birinci dəfə 34 faiz, sonra isə 48 faiz devalvasiya iqtisadi aktivliyi xeyli dərəcə də aşağı saldı. Bu eyni zamanda bankların da ağır duruma düşəməsinə səbəb oldu. Bu vəziyyətdən həm hökumət, həm də Mərkəzi Bank nəticə çıxardı. Hazırda isə Mərkəzi Bank çox gümanki, kəskin addımlardan qaçmağa çalışacaq. Dekabr ayının devalvasiyasında 1manat 1.55 dollar idi. İndi isə manat dollar ekvivalentində 1.7 manata yaxınlaşır. Təqribən 10 faiz manat ucuzlaşıb. Gündəlik olaraq bu proses davam edcəək. 
-Mərkəzi Bank məzənnə siyasətini başqa istiqamətdə qursaydı, kəskin devalvasiya baş verməyə bilərdimi?
- 2008-ci ildə birinci qlobal böhran zamanı neftin qiyməti 36 dollara qədər ucuzlaşmışdı . Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı həmin ildə qərar verməli idi. O zaman belə kəskin devalvasiyalara ehtiyac qalmayacaqdı. Qlobal böhran zamanı süni şəkildə məzənnənin 1 manat 0.78 dollar səviyyəsində saxlamaq yanlış addım idi. İndi biz onun zərəni çəkirik . Manatın məzənnəsinin tədricən aşağı salınması prosesi 2008-ci ildən həyata keçirilsəydi, indi nə iqtisadiyyatımız, nə də banklar belə bir ağır vəziyyətlə üzləşəcəkdi.

Söhbətləşdi: Həsən Babayev