Məşhur aparıcı Xoşqədəm Hidayətqızı ANS-dən gedib. Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, aparıcı analıq məzuniyyətinə çıxıb. 
Bu gün sonuncu dəfə "Deməsək olmaz" verilişinə aparıcılıq edən Xoşqədəm tamaşaçılarla vidalaşaraq onu əvəzləyən şəxsin adını da açıqlayıb. Bundan sonra sözügedən verilişi İradə İsaq aparacaq.