Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb.

Unikal.org Lent.az-a istinadən verdiyi məlumata görə, qətlə yetirilən 38 yaşlı Mədinə Qurbanovanın qayınatası Maarif Əliyev gəlininin nəvəsi tərəfindən güllələnməsi vaxtı hadisənin baş verdiyi otaqda olduğunu deyib: 

"Mədinə mənim iynələrimi vururdu, başımı-üzümü qırxırdı. Ondan heç bir narazılığımız yox idi. Həmişə günahı oğlumda görürdüm. Amma Allah telefon çıxardanın evini yıxsın, həmişə telefonda qurdalanırdı. Nəvəm də kiminləsə yazışdığını görüb. Hadisə vaxtı isə mən yuxuya getmişdim. Mədinə ağrıkəsici vurduğundan yuxu aparıb məni. Böyük qızı kresloda mürgüləyirmiş. Özü də balaca qızını əmizdirirdi. Bir qədər sonra böyük qız anasını yuxudan qaldırmağa çalışanda görüb ki, qan içindədir".

M.Əliyev əlavə edib ki, nəvəsi Maarif Əliyev hadisə vaxtı tüfəngi anasının başına dayayaraq atəş açdığından güclü səs çıxmayıb və güllələnmədən sonra xəbər tutub.

Xatırladaq ki, Bakıda oğul anasını başından güllələyib. Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızı 16 yaşlı oğlu tərəfindən ov tüfəngi ilə açılan atəşlə qətlə yetirilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, təhqiqat aparılır. Hadisəni törətmiş oğlan polisə təslim olub.