Fevralın 3-də Sabirabadda küçəyə atılan körpənin valideynləri tapılıb.
 
Unikal.org xəbər verir ki,Sabirabad rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda məlum olub ki, körpəni polisə təhvil verən öz babası Nəzarət İsmayılov olub. O, uşağı küçədən tapdığını və tanımadığını bildirib. Sabirabad rayon Polis İdarəsindən bildirildi ki, polisə yalan məlumat verməklə bağlı məsələ də ayrıca arşdırılacaq. Hazırda iş araşdırılması üçün rayon prokurorluğuna göndərilib.
Qeyd edək ki, anspress saytı bu hadisə ilə bağlı bəzi detalları təqdim edib. Saytda olan məlumata görə,  uşağı dünyaya gətirən Aynurə  Hüseynovanın  (ad və soyad şərtidir) körpəni  küçəyə atmasına səbəb  onu evli və 5 uşaq atası olan kişidən dünyaya gətirməsi  olub. Aynurə  Hüseynova  istintaqa ilkin ifadəsində münasibətdə olduğu kişinin evli olmasını hamilə qaldıqdan sonra öyrəndiyini bildirib. Uşağın atası isə qadının hamilə olduğunu öyrəndikdə ona abort etdirməsini təklif edib. O isə bununla razılaşmayıb.
5 uşağı olan evli kişinin valideynləri isə Sabirabad Rayon Polis İdarəsinə gələrək uşağı tapdıqlarını bildiriblər.
Polis idarəsindən isə körpə müayinə edildikdən sonra onun Sabirabad Regional Doğum evinə təhvil verildiyi bildirilib. Araşdırma nəticəsində məlum olub ki, həmin uşaq onların qeyri-qanuni doğulan nəvəsidir. 
Qadın, körpəsini münasibətdə olduğu kişinin valideynlərinə verməsinə səbəb kimi ailə üzvlərindən qorxmasını göstərib. 
Qeyd edək ki, fevralın 3-də saat 20:00 radələrində Sabirabad-Padarçöl yolu ilə hərəkətdə olan sürücü, rayon sakini Nəzarət İsmayılov yolun kənarında qırmızı-göy rəngli bazar çantasının onun diqqətini  cəlb edib. Çantaya baxan N. İsmayılov onun içində körpə oğlan uşağını aşkar edib. O, körpəni evinə gətirib, səhəri gün isə Sabirabbad rayon Polis Şöbəsinə təhvil verib. Polis tərəfindən körpə Məhkəmə-tibbi ekspertizasına aparılıb, oradan da Sabirabad Regional Doğum Evinə verilib.