Martın 26-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb.
 
Unikal.org-un Apasport.az saytına istinadən məlumatına görə, 4 nəfərlik məşqçilər şurası Türkiyənin Antalya şəhərindəki matça 23 futbolçu çağırıb.
 
Qazaxıstan millisinin ehtiyat oyunçular siyahısına isə 5 futbolçu daxil edilib. Sonuncular "23-lük"də zədələnənləri əvəzləyəcək.
 
Qeyd edək ki, rəqibimiz oyunun hazırlıqlarını martın 21-də başlayacaq. Qazaxıstan yığması ayın 26-da Azərbaycan, 3 gün sonra Gürcüstanla görüşəcək.
 
Qapıçılar: David Loriya ("İrtış"), Stas Pokatilov ("Rostov"), Vladimir Plotnikov ("Kayrat");
 
Müdafiəçilər: Muxtar Muxtarov,
Qafurjan Suyumbayev (hər ikisi "Ordabası"), Dmitri Şomko, Yuri Loqvinenko, Abzal Beysebekov (hamısı "Astana"), Eldos Axmetov, Sergey Malıy (hər ikisi "İrtış"), Ermek Kuantaev ("Kayrat");
 
Yarımmüdafiəçilər: Ashat Taqıberqen,  Serikjan Mujikov (hər ikisi "Astana"), Jakıp Kojamberdı ("Okjetpes"), İslambek Kuat, Bauırjan İslamxan (hər ikisi "Kayrat"), Samat Smakov ("Aktobe"), Maksat Bayjanov ("Şaxtyor"), Ulan Konısbayev ("Atırau"), Timur Dosmaqambetov("Tobol"), Azat Nurqaliyev ("Ordabası");
 
Hücumçular: Tanat Nuserbayev ("Astana"), Sergey Xijniçenko ("Tobol").
 
Ehtiyat oyunçular: qapıçı - Vladimir Loqinovski ("Tobol"); müdafiəçilər -Berik Aytbayev ("Taraz"), Nurtas Kurqulin ("Tobol"); yarımmüdafiəçilər - Almir Muxutdinov ("Tobol"), Aleksey Hetkin ("Astana").