Rusiyanın Domodedovo Hava Limanından yola düşən və Moskva-İstanbul reysini həyata keçirən təyyarədə bomba həyəcanı yaşanıb.
 
Unikal.org anspress-ə istinadən məlumatına görə, təyyarədəki sərinişinlərdən biri həyat yoldaşına zəng vuraraq özü ilə bomba götürdüyünü söyləyib. Bir qədər sonra isə həmin şəxs bomba sözünü eşidən sərnişinlərin tələbi ilə təyyarədən endirilib. Təyyarədən endirilən şəxsin xanımı İrina Draqunova ərinin bomba deyərkən tənəffüs cihazını nəzərdə tutduğunu bildirib.
"Ərim mənə astma xəstələri üçün vacib olan tənnəffüs cihazından bəhs edərək bombanı nəzarətdən keçirdiyini söylədi. O, astma xəstəsidir və İstanbuldan keçərək Misirə getmək istəyirdi. Ərim ikinci dəfə zəng vuranda artıq polis məntəqəsində idi", - deyə xanım Draqunova bildirib. Digər sərnişinlər bomba zarafatını ciddiyə alaraq məsələ ilə bağlı stüardessalara müraciət ediblər.
Vladislav Draqunov polislərə məsələ ilə bağlı məlumat verdikdən və xanımının ifadəsindən sonra azadlığa buraxılıb. Daha sonra bir neçə saat gecikmə ilə başqa bir reysə bilet alan Vladislav uçuşunu həyata keçirib.