"ARB TV"də yayımlanan "Evgördü verilişi əməkdar artist Aybəniz Haşımovanın evində qonaq olub.

Unikal.org-un məlumatına görə, müğənni prezident İlham Əliyevin ona hədiyyə etdiyi evdən söz açıb. O bildirib ki, hazırda yaşadığı evi ona ölkə başçısı bağışlayıb:

"Özü də dəniz mənzərəlidir".

Qeyd edək ki, İ.Əliyev evi A.Haşımovaya 2011-ci ildə hədiyyə edib.