Türkiyənin "Amedspor" klubunun futbolçusu Şahmus Özer avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Unikal.org report-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu sükan arxasında olarkən idarəetməni itirərək dərəyə yuvarlanıb.

Hadisə futbolçunun Malatyada qatıldığı toydan Mardinə qayıdarkən baş verib.

Qeyd edək ki, 2014-cü ildən "Amedspor" forması geyinən Şehmuz Özer karyerası ərzində "Malatyaspor", "Kayserispor", "Gümüşhanespor", "Mardinspor", "Karşıyaka", "Altay", "Mersin İdmanyurdu", "Akhisar" və "Şanlıurfaspor" klublarında çıxış edib.

SON DƏQİQƏ! Məşhur futbolçu faciəvi şəkildə öldü - FOTO