Taekvondo üzrə Azərbaycan çempionatının keçiriləcəyi vaxt dəqiqləşib. 

Unikal.org xəbər verir ki, Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yeni ildə təşkil olunacaq.
Yanvarın 20-21-də ölkənin ən güclü taekvondoçularının adına aydınlıq gələcək. Bu yarışdan öncə - yanvarın 17-19-da isə gənc taekvondoçular mübarizə aparacaqlar.

Hər 2 iki yarış "Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutacaq.