Qan xərçəngindən əziyyət çəkən və uzun müddətdir xəstəxanada müalicə alan rejissor Şahin Zəkizadə evə buraxılıb.

Unikal.org bildirir ki, bu haqda rejissorun özü xəbər verib. O bildirib ki, bir müddət sonra müalicənin üçüncü kursuna başlayacaq:

"90 günlük müalicədən sonra birinci atamı ziyarət etdim. 20 günlük fasilə verilib. Daha sonra müalicəmin üçüncü kursu başlayacaq. İlik köçürülməsi ilə bağlı tibbi müayinələrdən keçmək üçün İran və Türkiyəyə getməliyəm. İnşallah, bu həftə yola düşməliyəm. Allah hər kəsin köməyi olsun, hamıya təşəkkür edirəm. Heydər Əliyev Fonduna ailəmiz adından minnətdarlığımı bildirirəm.