Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən "Retro ailəvi istirahət mərkəzinə gediblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın "İnfiniti FX 35 markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobili ilə hadisə yerindən qaçıb,
İstirahət mərkəzində qadını qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib
Image result for Könül Zülfü qızı Zalova

Image result for Könül Zülfü qızı Zalova