Bu gün günorta saatlarında Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Kərimov bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb. İlkin məlumata görə, Namiq Kərimov dostu tərəfindən qətlə yetirilib. Hazırda polis və prokurorluq əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilərək həbsi istiqamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.