"Əsəbiləşəndə onlara barmağımı silkələyirəm..."

Unikal.org xəbər verir ki, tanınmış xanəndə, xalq artisti Canəli Əkbərov azvisionun əməkdaşı ilə həmsöhbət olub.

-Canəli müəllim əhvalınız necədir?

-Əladan bir az yuxarı

-O necə olur?

-Ağlım üstümdədir. Ədalətli, obyektiv adamam. Hisli-paslı adam deyiləm. Qayğıkeşəm. Ədabazlıqdan uzağam. İnsanlara qarşı məhəbbətliyəm. Mənim iç dünyam təmizdir. Ona görə də kefim əladan yuxarıdır.

-Yaşın üstünə yaş gəldikcə adam ya bədbin olur, ya da optimist. Bəs siz necəsiniz?

-Heç özüm də bilmirəm neçə yaşım var. Özümü cavan hiss edirəm. Səhərlər erkəndən dururam. Üzümü qırxıram, özümü abra salıram, sonra işə gedirəm. Öz sağlamlığımı qoruyuram. Mədəniyyət və İncəsənət Universitetində Muğam sənəti kafedrasının müdiri vəzifəsində çalışıram. Vaxtımı tələbələrimə həsr edirəm, onlarla məşğul oluram.

Tələbələrə muğam sənətindən, muğam elmindən dərs keçirəm. Onların tələffüzlərini, bədii qiraətlərinin formalaşmasında böyük əmək göstərirəm. Mənim səsim var, vəssalam deməklə iş bitmir. Ağız qurluşunun ifaçılıq məqamında formaları var. Ağız qurluşu necə olmalıdır, tələbələrimə bunu öyrədirəm.



-5 övladım var idi, biri dünyasını dəyişib. 4-ü qalıb. 14-nəvəm,14 nəticəm var. Hamısının adını yadımda saxlayıram.

-Hansı nəvənizi daha çox istəyirsiniz?

-Hamısını. Onlar ac qalanda boğazımdan yemək keçmir. Hamısını dünyalar qədər çox istəyirəm.

-Arada bir acıqlandığınız olurmu?

-Təbii ki, əsəbiləşəndə barmaq silkələyirəm.

-Nəticə necə nəvədən şirindirmi?

-İnan Allaha, mənə nəticələrim nəvələrimdən daha şirindir.

-Qarşıdan yeni il gəlir. Maaşınız və ya təqaüdünüz imkan verəcəkmi onların hamısına hədiyyə alasınız?

-İmkan daxilində hədiyyələrini alacağam. Heç vaxt nəvələrin çörəyini kəsməyə razı olmamışam. Özüm nə yeyirəmsə, onları da elə qidalandırıram. Bayramda hamısı bizə yığışacaq. Yeni ili onlarla qeyd edəcəyəm.

-Baba olaraq onlara ən çox hansı mahnını oxumusunuz?

- "O sürməli gözlərin, şirin -şirin sözlərin
Təbiətin əli ilə çəkilib sürmələrin.