Müğənni Hadisənin yeni münasibətə başladığı iddia edilir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, son zamanlar Sabancı ailəsinin gənc üzvü Hakanla yaxınlaşıb.

Bu yaxınlarda Aslışah Alkoçlardan ayrılan H.Sabancı Hadisə ilə bir əyləncə məkanından çıxarkən görüntülənib. Səmimi ikili paparassilərdən gizlənməyə çalışıblar. Hakanın özündən 6 yaş böyük müğənni ilə sevgili olmasının ailəsi tərəfindən necə qarşılanacağı maraq doğurur.