Almaniyada fəaliyyət göstərən Almaniya Üçün Alternativ (AFD) partiyası yəhudi və müsəlman uşaqların sünnətinin qadağan edilməsini tələb edir. 

Unikal.org Avropa.info-ya istinadən xəbər verir ki, "Bild" qəzetində dərc olunan xəbərə görə partiyanın gündəliyinə daxil olunan məsələ haqda 30 aprel tarixində Ştutqartda keçiriləcək qurultayda qərar qəbul edilər bilər. 

Partiya sünnətin insan hüquqlarının ağır pozuntusu olduğunu və insanlıq qürurunu zədələdiyini iddia edib. 
AFD-nin partiya proqramı layihəsində minarələr və azan İslamın güc simvolu olaraq xarakterizə edilir. 

Layihədə bundan başqa minarə və azanın dinlərarası dialoqa zidd olduğu müdafiə olunur.