Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün təşkil olunan tədbirlərdən birində iştirak edib. O, çıxışda İstiqlaliyyət küçəsində gəzib. Turist pərəstişkarları onu şəhərdə görüb şəkillər çəkdiriblər. Yaranan kiçik izdihamı görən Tuba qorxduğunu deyib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, aktrisa bir müddət seriallardan uzaq qalmaq istədiyini bildirib. O qeyd edib ki, hal-hazırda serialların reytinqi aşağı olduğundan kinoya çəkilmək fikrindədir. Aktrisa yeni filmdə "Sultan Süleyman" obrazı ilə tanınan məşhur aktyor Halit Ergenç ilə tərəf-müqabili olacağını açıqlayıb.