Məşhur model İrina Şeykin bu günə qədər gəlib çıxdığı həyat yolu məlum olub.

Unikal.org-un xarici mediaya istinadən məlumatına görə, rus gözəli atasını çox erkən itirib. Bundan sonra onun ailəsində çətin günlər yaşanıb. Anası Olga və bacısı Tatyanadan ibarət olan ailə dolanmaq üçün həyətlərində kartof, pomidor əkiblər. Vəziyyətin get-gedə çətin olduğunu görən ana övladlarını sənətə yiyələndirmək üçün Tatyananı gözəllik məktəbinə yazdırıb.

Bacısı ilə məktəbə gedən İrina orada kəşf edilib. Şeykin sözlərinə görə, o, həmişə yaşadığı ölkəni tərk etmək və yazıçı olmaq istəyib.

İrinanı gözəllik məktəbində Fransadan gələn şirkətlərdən biri reklam çarxına çəkilməyə dəvət edir. Uzun düşündükdən sonra rus gözəli razılıq verir və Fransaya gedir. Bundan sonra onun modellik həyatı başlayır.

Hazırda İrina Şeyk "Victoria`s Secret"in mələklərindən biridir və ən çox pul qazanan modeldir.

Onun sevgilisi Bredli Kuperdən hamilə olduğu deyilir. Amma Şeyk özü bu barədə danışmaq istəmir.