Ötən gün dünyasını dəyişən görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayev bu gün son mənzilə yola salınıb. Mərhum xanəndənin sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Unikal.org-un məlumatına görə, muğam ustadı Arif Babayev AzVision.az-a bildirib ki, Ağaxan Abdullayevin vəfatı sənət dünyası üçün böyük itkidir.

"Ağaxanın olmaması bizim hamımızı kədərləndirir. O, heç vaxt yaddan çıxmayacaq . Nə qədər xalqımız var , Ağaxanın sənəti yaşayacaq. Son günlər ona baş çəkməyə gedirdim. Yaxın vaxtlarda oturduq, bir yerdə çörək yedik. Zarafatcıl və hər şeyin yerini bilən insan idi. Əlbəttə, sənəti üçün darıxırdı. Biz ondan bu barədə soruşmurduq. Amma bilirdik ki, sənəti, səhnə üçün çox darıxır. Oğlunun toyunda da onunla görüşdük, söhbət etdik. Yaxşı ki, oğlanları onun sənətini davam etdirirlər,-deyə Arif Babayev söyləyib.