Son günlər müğənni Hadisə ilə görüşdüyü iddia edilən iş adamı Hakan Sabancının həyatında başqa biri var imiş.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, o, İngiltərədə tanış olduğu 23 yaşlı bolqar gözəl Marqo Kuperlə münasibətdədir. Tərəflər noyabrdan etibarən görüşürlər.

M.Kuper "Top Model of the World 2016"ın birincisidir. Onlar bir neçə həftə əvvəl Ukraynada da görüşüblər.