İranın müdafiə naziri: "Tehran Suriya məsələsində heç vaxt ABŞ-la əməkdaşlıq etməyəcək

Rəsmi Tehran Suriyadakı addımlarını heç vaxt Vaşinqtonla əlaqələndirməyib və gələcəkdə də ABŞ-la əməkdaşlıq etməyi planlaşdırmır. 

Unikal.org-un RT telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə İranın müdafiə naziri Hüseyn Deqhan bildirib.

O qeyd edib ki, ABŞ və onun müttəfiqləri nəinki silahlılarla mübarizəni aktivləşdirmək niyyətində deyillər, hətta, öz məqsədlərini güdərək, onları dəstəkləməyi planlaşdırırlar.

"Biz İŞİD-lə mübarizədə onların həqiqətən faydalı və ciddi rol oynamaq niyyətində olduqlarını görmürük, çünki onlar özləri terrorçuları yaradıblar və onların fəaliyyətində maraqlıdırlar. Ola bilsin ki, koalisiya qüvvələri terrorçuların zəiflənməsini istəyirlər, lakin onların məhv edilməsində maraqlı deyillər. Terrorçular bu bölgədə və dünyanın digər regionlarında stabilliyi pozmaq üçün istifadə olunan bir alətdir, - deyə Deqhan qeyd edib.

Onun fikrincə, Tehran və Moskva Suriyada silahlılarla mübarizə proqramını Ankara ilə razılaşdıracağı təqdirdə bu ölkədə vəziyyət yaxşılaşaq.