Hazırda "Aşk ve Mavi" serialında çəkilən Əmrah gözlənilməz addım atıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, tez-tez pula hərisliyi və xəsisliyi ilə müzakirə edilən müğənni Yeni il gecəsi üçün gələn rekord təklifi rədd edib. 11 ildir səhnəyə çıxmayan Əmrah Türkiyədən və dünyanın müxtəlif yerlərindən gələn konsert təkliflərini qəbul etməyib.

Özbəkistandakı bir otel isə müğənniyə 750 min lirəlik (təxminən 375 min manat) təklif göndərib. Əmrah bunu qəbul etsəydi, bu il Yeni il gecəsi ən çox qazanan türk ifaçı olacaqdı.

Əmrah bayramı ailəsi ilə birgə keçirəcəyini bildirib.