Ucarda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun 235-ci km-də, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
"Zaporoje" və "İnfiniti" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Göyçay rayon sakinləri olan "Zaporoje" markalı minik avtomobilinin sürücüsü 1985-ci il təvəllüdlü Rəhimov Elnur Söhrab oğlu, sərnişinləri 1985-ci il təvəllüdlü Əhmədova Səidə Ramil qızı və onun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Əhmədova Kənan Taleh oğlu, Sumqayıt şəhər sakinləri olan "İnfiniti" markalı minik avtomobilinin sərnişinləri 1956-cı il təvəllüdlü Əliyeva Sənubər Zabit qızı və onun oğlu, 1976-cı il təvəllüdlü Rəhimov Teymur Sabir oğlu xəsarət alıblar. Xəsarət alanlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.