Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə "Əməkdar elm xadimi fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə və elm, təhsil sahələrində nailiyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar elm xadimi fəxri adı verilsin:

Qurbanov Fazil Səməd oğlu

Ömərоv Murad Ənvər oğlu


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2016-cı il.