ARB TV-də yayımlanan "Gəlin danışaq proqramının növbəti qonağı Əməkdar artist Manana Caparidze olub.

Unikal.org xəbər verir ki, olduqca pozitiv görünüşdə və maraqlı açıqlamaları ilə diqqət çəkən Əməkdar artist özünü həm azərbaycanlı, həm gürcü kimi hiss etdiyini bildirib:

"Azərbaycanlılar çox qonaqpərvərdirlər. O qədər oxşarlıqlar var ki, mən bilmirəm, valideynlərim gürcüdürlər, ya azərbaycanlı.

Manana daha sonra nənəsinin azərbaycanlı olduğunu da vurğulayıb:

"Mənim anamın nənəsi azərbaycanlı olub. Böyük nənəm azərbaycanlı idi. Babamın adı isə Telmandır.