12 Noyabr 2019
11 Noyabr 2019
Bakıda qadının bahalı geyimi və qızılları oğurlandı
Bakıda qadının bahalı geyimi və qızılları oğurlandı KRİMİNAL 19:28 2016-03-13

 

Bakıda mənzildən daha bir oğurluq hadisəsi baş verib.

Unikal.org-un Lent.az-a istinadən verdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Məmmədzadə Ceyhunə Tapdıq qızı polisə müraciətində bildirib ki, naməlum şəxs və ya şəxslər axşam saatlarında onun General Şıxlınski küçəsində yerləşən mənzilinə daxil olub.

Evdə kimsənin olmadığı vaxtda pəncərənin dəmir barmaqlıqlarını sındıraraq içəri girən oğrular oradan 600 manat dəyəri olan kürkü, bahalı saatı və gümüş sırğaları, eləcə də 1800 dollarlıq qızıl əşyaları oğurlayıb.

C.Məmmədzadəyə məxsus fotoaparat və videokamera da götürülüb.

Müraciət əsasında araşdırma aparılır.