Klassik üslubda tikilən villanın 12 min kvadrat metr sahəsi var.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles ətrafında yerləşən Hidden Hills villası yenidən satışa çıxarılıb.

Multiple Listing Service rielter agentliyinin saytında yerləşdirilən elana görə, evin özü 1500 kvadrat metr sahədə yerləşir.

Evdə 9 yataq otağı,12 hamam, geniş hovuz, spa, idman zalı, rəqs studiyası, bir səsyazma studiyası, kinoteatr, qumar oyunları üçün xüsusi otaq var.

Həmçinin evin ərazisində atçılıq, moto-yürüş, uşaq oyunları üçün nəzərdə tutulmuş meydançalar da var.