22 yaşlı amerikalı idmançı Kayl Tomson 142 kiloqramlıq ştanqın altında qalaraq dünyasını dəyişib.

Unikal.org bildirir ki, bu barədə cümə axşamı, dekabrın 29-da, Associated Press nəşri məlumat verir.

Bədbəxt hadisə Ayova ştatının Ankeni şəhərində yerli idman zallarının birində baş verib. Tomson uzanaraq sinə əzələlərini məşq etdirmək istəyərkən ştanq əlindən çıxıb və boynuna düşüb. O Ankenidən 16 kilometr aralıda yerləşən De-Moyn şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, məşq zamanı Tomsonu bir neçə nəfər sığorta edirdi.