Azərbaycan Mərkəzi Bankı (AMB) 14 mart tarixinə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
 
Mərkəzi Bankdan Unikal.org-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi gələn həftənin birinci gününə 1,6411 səviyyəsində müəyyən olunub. 

Qeyd edək ki, dollar cümə günü 1,6456 manata bərabər olub. Dollar son iki həftə ərzində ardıcıl bahalaşdıqdan sonra ilk dəfə qəfil cuzi ucuzlaşıb. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
 
Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1.70 manatdan baha sata bilməzlər