Türkiyəli model, aparıcı Tülin Şahin şəxsi həyatı ilə bağlı müsahibə verib.

Unikal.org-un türkiyə mətbuata istinadən məlumatına görə, Tülin jurnalistin "İşiniz olmadığı günlərdə nə ilə məşğul olursunuz" sualına belə cavab verib:

"Adətən elə bir günüm olmur. Lakin, mən tam bir ev quşuyam, işim yoxdursa, bütün günümü evdə keçirirəm".

Qeyd edək ki, Türkiyənin ən çox qazanan modellərindən olan Tülin Şahin "Allure"nin dünyanın ən yaxşı 50 top modeli sırasında yer alan ilk və tək türk qadın modelidir.