Çin klubları indi də Kriştiano Ronaldonu hədəfə alıb. 

Unikal.org xəbər verir ki, bu barədə futbolçunun agenti Jorje Mendeş məlumat verib.

O bildirib ki, Çin klublarından biri Ronaldo üçün "Real"a 300 milyon avro, oyunçuya isə ilinə 100 milyon avro təklif edib.

Bu baş tutsa, dünyanın ən bahalı transferi olacaq. Portuqaliyalı hücumçu yayda "Yuventusdan "Mançester Yunaytedə transfer olunan Pol Poqbanı təxminən 3 dəfə geridə qoymuş olacaq.