Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan spirtli içkilərin olması barədə məlumat daxil olub.

Unikal.org-un Dövlət Gömrük Mətbuat Xidmətinə istinadən məlumatına görə, yaradılan əməliyyat qrupu tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10 adda 406 ədəd müxtəlif markalı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.