Türkiyənin paytaxtı Ankarada partlayış baş verib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, partlayış yerli vaxtla 18:35-də Ankaranın mərkəzi Qızılay meydanındakı avtobus dayanacağında törədilib. 
 
Hadisə nəticəsində xeyli adam yaralanıb, yaxınlıqdakı bir neçə avtomobil yanıb.
 
Partlayışın bomba yüklü avtomobilin sərnişin avtobusu ilə toqquşan zaman işə salındığı təxmin edilir.
 
***
 
Ankarada baş verən terror aktı nəticəsində azı 10 nəfərin həlak olduğu deyilir.

 
*** 
Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış baş verib.
 
Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanlar var.
 
Partlayışdan bir neçə maşinin alovlandığı bildirilir. İnsidentin başvermə səbəbi barədə hələ ki, məlumat verilmir.