Dişlərində anadangəlmə gələn əyrilik olan 20 yaşlı Vura Cons indi də gözəllik kraliçası olmaq üçün mübarizə aparacaq.

Unikal.org bildirir ki, 8 yaşından bəri çənəsi inkişaf etməyən Vuranın dişləri biçimsiz şəkildə uzanıb. Qızın ailəsi onun dişlərini yalnız 14 yaşında düzəltdirməyə nail olub. Çənəsində və üzündəki əyriliyi düzəlməsi üçün Vura düz 6 il müalicə alıb.

Onu da qeyd edək ki, Vura 16 yaşında ilk əməliyyatını keçirdikdən sonra uzun bir müddət danışmayıb. Üzündəki əyriliyi düzəltdirmək üçün Vuranın çənəsi üfüqi və şaquli şəkildə kəsilib. 1 ay ərzində təkcə maye bəslənən gənc qız istəklərini dəftərə yazmaqla ünsiyyət qura bilib.
Hər halda bu qədər əziyyətin nəticəsi də inanılmaz olub. Belə ki, "çirkin ördək balası" gözəl bir ququşuna çevrilib. Qızın əvvəlki və sonrakı fotoları həm sosial şəbəkələrdə, həm də dünya mətbuatında böyük maraqla qarşılanıb. Vura indi gözəllik müsabiqəsinə qatılmağa qərar verib. O, müsabiqəyə seçilənə qədər ailəsinə heç nə deməyib. Bir vaxtlar görüntüsündən utanarkən indi Uelsin ən gözəl qadını seçilməyi gözləyir.
Vura "Ellie" jurnalına verdiyi açıqlamada dişlərindən çox utandığını etiraf edib: "İndi özümü tamamilə başqa biri kimi hiss edirəm. Özümə güvənim gəldi". (publika.az)
Bir vaxtlar üzündən utanan qız gözəllik kraliçası olacaq - FOTO

Bir vaxtlar üzündən utanan qız gözəllik kraliçası olacaq - FOTO

Bir vaxtlar üzündən utanan qız gözəllik kraliçası olacaq - FOTO