Qubanın Xınalıq kənd sakiniBabaəli Babaəliyevqar adamı gördüyünü iddia edir.

Unikal.org
ARB Şimal-a istinadən xəbər verir ki, 58 yaşlı kənd sakini Qar adamına 30 il öncə rast gəldiyini söyləyir.

Dediyinə görə, bu varlığa ov edən zaman rast gəlib. Qar adamını Xınalıq kənd sakinlərindən Babaəli Babaəliyevdən başqa görən olmayıb. Kənd sakini mağarada onunla üz-üzə oturan Qar adamını tüfənglə öldürmək istəyib. Lakin ona zərər vermədiyindən bu fikrindən daşınıb.