Cəbhə xəttində ilsonu yaşanan hərbi eskalasiya Dağlıq Qarabağ məsələsinin həll edilməmiş qalmasının, mövcud status-kvonun davam etməsinin nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoydu. Konfliktə cəlb olunmuş güclərə Yeni il ərəfəsində bir mesaj oldu. Bəs, təxribat gözlənilirdimi? Gözlənilirdi. Ən azından bunu hərbi ekspertlər zaman-zaman proqnoz edirdilər.

Məsələ ondadır ki, 4 günlük aprel döyüşlərindən sonra Rusiyadan müəyyən həcmdə müasir silah-sursat və döyüş sistemləri, ABŞ-dan isə təmas xəttindəki duruma nəzarət eləmək üçün müşahidə-kəşfiyyat avadanlığı alan, Rusiya ilə ortaq hərbi qruplaşma yaradan Ermənistan özünü xeyli arxayın hiss etməyə başlamışdı.

Azərbaycan XIN-in son eskalasiyaya münasibəti də maraqlı və düşündürücüsür. Sitat: "Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır... Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir.

Image result for Azərbaycan XİN

Amma işğalçı tərəf bu dəfə də yanıldı, layiqli cavabını alıb geri çəkildi. Bunu yeni müdafiə naziri Vigen Sərkisyanın ilk ciddi uğursuzluğu, fiaskosu da saymaq olar. Siftə beləcə, korlandı, alınmadı...
*****
Image result for Ermənistan parlamenti

Bu arada Ermənistanda parlamentli respublikaya keçidin əsasını qoyacaq parlament seçkilərinin vaxtı dəqiqləşib - aprel ayının 2-i. Maraqlıdır ki, həmin tarixdə aprel döyüşlərinin başlamasının 1 ili tamamlanacaq. Bunun təsadüf olub-olmadığını söyləmək çətindir. Güman ki, rəsmi İrəvan həmin tarixi təsadüfi seçməyib və həmin günü heç olmasa, seçki qələbəsi ilə qarşılamaq niyyətindədir - öz xalqı üzərində.

Ancaq bu, heç də asan olmayacaq. Çünki hakim rejimin siyasi dayaqları apreldən sonra daha da zəifləyib. O üzdən böyük ehtimalla, seçkilər yaxınlaşdıqca Sərkisyan rejiminin bu qəbildən təxribatları da artacaq. Hətta aprel hərbi uğursuzluğuna görə revanş cəhdi ola bilər. Odur ki, Azərbaycan Silahlı Qüvvələri maksimum ayıq-sayıq olmalı Qarabağ klanının seçkilərə yaxşı göstəricilərlə getməsinə imkan verməməlidir.

Image result for Sarkisyan

Ən yaxşısı isə belə təxribatlardan yararlanıb ordumuz düşmənə növbəti preventiv zərbə endirsin. Bu, şəksiz ki, Ermənistanda seçki kampaniyasına ciddi təsir edə, hətta onun gedişini dəyişə bilər. Azərbaycanın isə marağı tələb edir ki, Ermənistanda hakimiyyətə yeni, Qarabağ klanı kimi maksimalist mövqe tutmayan, reallığı hesablamağı bacaran qüvvələr gəlsin. Bakı Platformasını ermənilərin imzalaması göstərdi ki, bu qüvvələr basqı altında olsa da, var.

Image result for Sərkisyan-Köçəryan

Sərkisyan-Köçəryanklanı isə 18 ildə nəyə "qadir olduğunu dönə-dönə təsdiqləyib. Bəlli olub ki, bu klan kompromis deyəndə yalnız bunu nəzərdə tutur: Dağlıq Qarabağın "müstəqilliyinin tanınması qarşısında 5 rayonun, sonra isə 2 rayonun qaytarılması - yəni o da minnətlə. Üstəlik onlar anklav Qarabağ üçün Laçından həmişəlik quru dəhliz tələb edirlər.

Bu mövqeni son olaraq prezident Serj Sərkisyan bir neçə gün öncə bəyan edib. Sərkisyan deyib ki, hələlik masa üzərində heç bir həll modeli yoxdur, yalnız versiyalar var. "Lakin hansı həll variantı olur-olsun, Dağlıq Qarabağın statusunu yalnız Dağlıq Qarabağın əhalisi müəyyən eləməliidr. Bizim bu mövqeyimiz dəyişməyəcək.

Image result for April war Azerbaijan

*****
Yəni, Azərbaycanın ərazi bütövlüyünə və Konstitusiyasına real təhdid vəd edən bir mövqe. Necə deyərlər, artıq şərhə ehtiyac qalmır. Hərçənd ehtiyac var. Çünki belə təxribatçı və güzəştsiz mövqe aprel hadisələrinin qat-qat iri miqyasda təkrarlanmasına gətirə bilər. Ekspertlər isə bununla bağlı xəbərdarlıq etməkdə davam edirlər.
Image result for Tomas de Vaal
Son olaraq, tanınmış amerikalı analitik, "Qara və Bağ kitabının müəllifi, Vaşinqtondakı "beyin mərkəzlərindən olan Kornegi Mərkəzinin aparıcı ekspertiTomas de Vaalmüharibə xəbərdarlığı edib. Ermənilərin Bakıya gəlişini və imzalanan Sülh Platformasını təqdir edən, bunu xalq diplomatiyasının mühüm təzahürü sayan de Vaal hesab edir ki, müharibənin önlənməsində bu faktor öz sözünü deyə bilər. "Müharibə ehtimalı isə həqiqətən böyük olaraq qalır.

ABŞ-dakı başqa, daha nüfuzlu olan "beyin mərkəzi - Beynəlxalq Əlaqələr üzrə Şuranın himayəsi altında fəaliyyət göstərən "Center for Preventive Action (CPA) da 2017-ci il üçün hazırladığı hesabatda Qarabağ məsələsinə yer ayırıb.

Image result for

Qeyd edək ki, qurumun əsas hədəflərindən biri beynəlxalq konfliktlər haqda xəbərdarlıq hazırlamaqdır. Konfliktlərin qiymətləndirilməsi iki meyar üzrə aparılır: onların qlobal əhəmiyyəti və böyük risklərə gətirə biləcək daha ciddi hərbi toqquşmalara keçmə ehtimalı.

Hesabatda ABŞ üçün 30 belə potensial təhlükə mənbəyi (təhdid) qeyd olunub. Onların əksəriyyəti (30-dan 21-i) köhnə ildən qalmadır və bu sıraya Dağlıq Qarabağ münaqişəsi də daxildir. Sənəd müəlliflərinə görə, gələn il Azərbaycanla Ermənistan arasında geniş miqyaslı hərbi toqquşma kifayət qədər realdır.

*****

Bu toqquşma olmaya da bilər əgər Rusiya və Türkiyə Suriya məsələsindəki kimi, Dağlıq Qarabağla bağlı da ortaq razılığa gəlsələr. Hə halda, ortada yaxşı bir presedent var. Hələbdən Qarabağa yol görünür...