Maddi problemlər ucbatından Rusiyanın Kazan şəhərində snoubord üzrə dünya çempionatı təxirə salınıb.

Unikal.org xəbər verir ki, Beynəlxalq Xizək Federasiyası dünya çempionatının təxirə salındığını təsdiqləyib. Federasiya təxirə salınmanı maddi problemlərlə əlaqələndirib:

"Hər iki yarış maddi çatışmazlıq ucbatından təxirə salınıb. Rusiya höküməti Federasiya ilə birgə həmin tarix üçün əvəz axtarır."

Snoubord üzrə dünya çempionatı 24-26 fevral tarixlərində baş tutmalı idi.