İngiltərə Premyer Liqası təmsilçisi "Hall Siti" baş məşqçisi Mayk Felanla yollarını ayırıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi XX turda "Vest Bromviç"lə (1:3) səfər qarşılaşmasından sonra belə qərar qəbul edib.

Klub rəsmi saytı vasitəsilə Felanın istefaya göndərildiyini bəyan edib: "Rəhbərlik komandadakı iki illik fəaliyyətinə görə Mayka təşəkkür edir. Artıq yeni baş məşqçi axtarışına start verilib".
Qeyd edək ki, 2015-ci ildə "Hall Siti"yə köməkçi-məşqçi kimi gətirilən Mayk Felan ötən ilin iyul ayında baş məşqçi təyin olunmuşdu.