"Uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsi müzakirə edilmir və bu hazırda gündəlikdə yoxdur".

Unikal.org-un AzVision.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. 

Komitə sədri bildirib ki, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması anonsunu verər-verməz belə bir məsələ gündəmə gətirildi ki, uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır:

"Belə bir məsələ yoxdur. Belə bir məsələdən söhbət gedə bilməz və indi bu məsələnin ortaya atılması da düzgün deyil. Heç kim deməyib ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Bu, qanun predmeti deyil. Bunu ölkə prezidenti fərman və sərəncamları ilə müəyyən edir".