Bakının ən yaşlı sakini vəfat edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1899-cu il təvəllüdlü Əliyeva Qumru Xanhüseyn qızı ötən gün dünyasını dəyişib.