Polşada 10 nəfər son iki sutkadakı şaxtanın qurbanı olub.

Unikal.org xəbər verir ki, Polşa Dövlət Təhlükəsizlik Mərkəzi 7 nəfərin bu gün donvurmadan öldüyünü açıqlayıb. Daha 3 şəxs isə ötən gün şaxtanın qurbanı olub. Sinoptiklər yanvarın 8-də ölkənin bir sıra bölgələrində temperaturun -14 dərəcəyə enəcəyini bildiriblər.

Hakimiyyət donvurma qurbanlarının sayının artacağından ehtiyatlanır.