Bakıda "ZAZ 965" model avtomobil satışa çıxarılıb. 
Unikal.org Baku.ws-ə istinadən verdiyi məlumatına görə, 1965-ci il istehsalı olan avtomobilin sahibi bu barədə elan saytlarından birində məlumat yerləşdirib.
Avtomobili 4 min manata satışa çıxaran şəxs "ZAZ 965" modelinin şəkillərini də paylaşıb. Avtomobilin motorunun işlək vəziyyətdə olduğunu deyən satıcı xırda bir əmma olduğunu deyir. Avtomobil sahibi avtomobilin salonu və çöl hissəsinin yenidən yığılmalı olduğunu bildirib.