Bu yazıda elm "naminə" həyata keçirilmiş ən dəhşətli, qandonduran təcrübələr haqqında məlumat əldə edəcəksiniz.

Unikal.org  moderator.az-a istinadən həmin təcrübələri təqdim edir.

Əsgərlər üzərində xardal qazı (iperit) sınağı
Bioloji silah araşdırmalarının artım göstərdiyi 1940-cı illərdə rəsmilər bu silahları ordu üzərində sınamağa qərar verir. Əsgərlərin heç bir məlumat verilmədən bədənlərinə xardal qazı sıxılır. Qazın tərkibindəki diklorodietil hidrogen-sulfid əsgərlərin dərilərində yanıqlara və şiddətli ağrılara səbəb olur. Ancaq rəsmilər bununla da kifayətlənməyərək qaz maskalarının möhkəmliyini ölçmək üçün əsgərlərə maska taxaraq qaz kameralarına göndərirlər. Nəticə daha da böyük fəlakətlərə yol açır. Təcrübədə minlərlə insan həyatını itirir.

Bilim adına yapılmış en acımasız 11 deney 2.resim

Milliqram təcrübəsi
Stenli Milgram 1963-ci ildə Yəhudi soyqırımının hansı səbəbdən baş verdiyini anlamaq məqsədilə Alman xalqının soyqırıma qoşulması və buna yol verməsində xüsusi məqsəd olduğu iddiasını sübut etmək üçün bir təcrübə hazırlayır. Təcrübəyə qatılan şəxslərə görmədikləri otaqda kiminsə olduğunu, onlara suallar verəcəklərini, səhv cavab verdikləri təqdirdə onlara elektrik şoku veriləcəyi deyilir və buna uyğun bir mexanizm hazırlanır. Şok verilən şəxs bir oyunçuydu və rol oynayırdı. Əslində verilən elektrik şoku da real deyildi, amma təcrübədə iştirak edənlər bunu bilmirdilər. Bəs bu təcrübənin qorxunc tərəfi isə o olur ki, şok verilməsinə razılaşmış şəxslər eksperti həyata keçirən şəxsin əzici göstərişlərinə tabe olurlar. Aktyor mövqeyindəki şoku alan adamın acı qışqırıqları və mərhəmət istəməsinə baxmayaraq təcrübəçilər şoku verməyə davam edirlər.

Bilim adına yapılmış en acımasız 11 deney 4.resim

Stanford həbsxana təcrübəsi
1971-ci ildə Filip Zimbardo adlı bir sosial psixoloq insanların sosial rollara necə reaksiya verdiyinə dair bir təcrübə keçirməyi qərara alır. Bunun üçün Stanford Universitetinin Psixologiya Departamentinin zirzəmisində saxta həbsxana inşa edilir. Nəzarətçilər və məhkumlar kimi davranmaq üçün 24 tələbədən ibarət bir qrup yaradılır. Təcrübəyə qatılanların yarısına məhkum, yarısına nəzarətçi rolu verilir. 2 həftə davam etməsi nəzərdə tutulan təcrübənin nəticələr isə tam bir fəlakət olur. Universitet tələbələri amansız, sadist bir nəzarətçiyə və ya getdikcə artan şəkildə qorxaq bir məhkuma çevrilirlər. Cəmi altı gün sonra Zimbardo tərəfindən yaradılmış bu saxta həbsxanadakı baş verən qəddarlıqların gerçəkliyə çevrilməsi nəticəsində, təcrübəyə vaxtından əvvəl son verilir.

Image result for Stanford həbsxanası

"Ölüm mələyi" İosif Mengele
Nasist toplama düşərgəsi Auschwitz-Birkenauda həyata keçirdiyi dəhşətli, ölümcül təcrübələri ilə tanınan alman nasist həkim İosif Mengele 2 milyon insanın vəhşicəsinə öldürülməsində günahlandırılır.
İosifin təcrübələrindən birinin məqsədi Atlantik okena düşən bir əsgərin neçə saat içərisində öləcəyini ölçmək olur. Bunun üçün insanları soyuq qış günündə zorla buzlu suda saxlayır və beləliklə donmazdan əvvəl neçə dəqiqə yaşadıqlarını test edir.
İosif Mengele məhbusların dölsüzləşdirməsi, onları soyuq temperatura, buz kimi havaya öyrəşdirmək, təzyiqlər, şüalanma, təhlükəli virusların bədənə daxil edilməsi və bunun kimi bir çox dəhşətli sınaqlar keçirir.
Ölüm mələyininən zalım təcrübələri isə düşərgəyə gətirilmiş əkiz və cırtdan boylu uşaqlar üzərində olur. Mengele düşərgəyə gətirilən bütün əkizləri digər dustaqlardan ayırıb üzərində müxtəlif təcrübələr apararaq irsi amillərin təsirini ölçür. Ancaq istifadə etdiyi metodlar inanılmaz dərəcədə dəhşətli olur. İstifadə edilən 1000 cüt əkiz əsirdən yalnız 200-ü sağ qala bilir.
Hətta Mengelenin kabinetində uşaq gözləri asıldığı iddia olunur.

Bilim adına yapılmış en acımasız 11 deney 10.resim

730-cu və 100-cü Yapon məntəqələri
1931-ci ildə Mançjuriyanın işğalıdan sonra Yaponiyada su təchizatını təmin etmək və xəstəliklərin araşdırılması məqsədilə bir müəssisə yaradılır və 731-ci məntəqə adlandırılır. Məntəqəyə orada işləyənlərdən başqa bir adamın girməsi qadağan olunur. Həmin məntəqədə illər boyu bəşəriyyət tarixinin bəlkə də ən utanc verici təcrübələri həyata keçirilir, yüz minlərlə insan öldürülür.
Kompleksdə həqiqətdə rast gəlinməyəcək qədər dəhşətli hadisələr baş verir. Orada Çinli və az sayda Rus əsirlərdən elmi tədqiqatlar üçün istifadə olunur. Kötük adlandırılan əsirləri kompleksdəki təzyiq otaqlarında pörtür, araşdırma bəhanəsi ilə ölülərin daxili orqanlarını kəsib götürürdülər.
Digər bölmələrdə isə əsirlər dondurularaq öldürülür, silahla yaralanmağın təsirlərini araşdırmaq məqsədilə güllələnir, müxtəlif yaxınlıqda məsafələrdə bombalar partladılır və süngülərlə canlı-canlı süründürülürdülər.

Bilim adına yapılmış en acımasız 11 deney 12.resim

Homoseksualizm terapiyası
1960-cı illərdə homoseksualizm zehni bir xəstəlik kimi qəbul edilirdi. Bu xəsətəliyin müalicəsini tapmaq məqsədilə bir-birinə cəlbedici görünən eyni cinsin nümayəndələrinin özlərini müalicə etməsinin yolu axtarılır. Əvvəlcə bunun üçün könüllülər tapılır. Təcrübəyə iştirakçılarına homoseksual görüntülər ilə eyniləşdirilmiş elektrik şoku verilir, inyeksiya yolu ilə mədə bulanmasına yol açan nifrət terapiyaları kimi eksperimental müalicələr keçirilir.
Burada əsas fikir xəstə olduğu düşünülən adamın homoseksualizmlə ağrını eyniləşdirəcəyi ideyası olur. Aparılan bu təcrübələr homoseksualizmi "müalicə etmekdən"sə, psixoloji olaraq ağır fəsadlar yaradır. Bir dəfəsində də "müalicə" zamanı komaya girən şəxs son anda ölümdən xilas edilir.

Bilim adına yapılmış en acımasız 11 deney 15.resim

Henrietta Lacksın hüceyrələri
Henriettaya 1951-də uşaqlıq xərçəngi diaqnozu qoyulur. Diaqnozdan dərhal sonra xərçəng toxuma cərrahi müdaxilə ilə çıxarılır və çıxarılan bölgəyə radium balonu yerləşdirilir. (1951-ci ildə bu cür xərçənglərin müalicəsi radiaktiv materialların bilavasitə bədən daxilinə qoyulması şəklində həyata keçirilirdi). Bir neçə gün sonra isə borucuq çıxarılır və xərçəngin müalicəsinə başlanılır. Uğursuzluqların əl çəkmədiyi Henrietta müalicəsi zamanı ciddi yanıqlara məruz qalır. O zaman mövcud olan bütün müalicə üsullarından istifadə edilməsinə baxmayaraq 1951-ci ildə Henrietta həyatını itirir. Amma digər tərəfdən o hələ yeni doğulurdu. Çünki ondan alınan xərçəng toxuma ailəsinə xəbər verilmədən tədqiqat məqsədilə istifadə edilmişdi. Həkimi Doktor Corc Gein rəhbərliyi ilə aparılan araşdırmalar zamanı çox maraqlı bir məqama rast gəlinmişdi. Henriettanın xərçəng xəstəlikli hüceyrələri ölmürdü.

Image result for Henrietta Lacksın hüceyrələri
Bu hüceyrələrin ölməməsi tədqiqatçılar üçün böyük bir qapı açır. Hüceyrə nümunələri ilk 4 ay ərzində ABŞ üzərindəki demək olar ki, bütün əyalətlərə çatdırılır. Henrietta Lacksın adına HeLa olaraq adlandırılan bu ölümsüz hüceyrə xətti hazırda da dünyadakı bütün laboratoriyalarda var. Bu hüceyrə müalicəsi qeyri-mümkün xəstəliklərin müalicəsində böyük rol oynayır. 1954-cü ildə bu hüceyrəni inkişaf etdirən həkim Jonas Salk bunu uşaq iflici müalicəsində istifadə edir.
HeLa hüceyrələri yerin cazibə qüvvəsi olamayan mühitdə hüceyrələrin davranışlarını araşdırmaq məqsəfdilə kosmosa da göndərilir.

Yevgenika nəzəriyyəsi: üstün insan irqi yaratmaq
Nasistlər "İrsi olaraq xəstəlikli soyun əngəllənməsi Qanunu"nu çıxarır və bu qanun çərçivəsində 400.000 nəfəri razılığı olmadan axtalayırlar.
1 oktyabr 1939-cu ildə adı Berlindəki Tiergartenstrae 4 nömrsindəki Kansler (baş nazir) ofisindən götürülmüş və Hitler tərəfindən qüvvəyə qoyulan "T4 hərəkatı" istiqamətində irqi islah etmək məqsədilə ötenazi proqramı aparılır. Rəsmi rəqəmlərə görə, Hartheim Ötenazi Mərkəzində 18.000 nəfər həyatını itirir. Almaniyanın və Avstriyanın müxtəlif xəstəxanalarından gətirilən əlillər, ağıl xəstələri, müalicə edilməyəcək yaşlılar klinikalarda qaz otaqlarına göndərilir.
1932-ci ildə başlamış işə sifilisli zənci və kasıb xəstələr alınır. Bu xəstələrə pulsuz tibbi xidmət təklif edilir və qəbul edən xəstələr ölənə qədər izlənilir. Araşdırmaya qatılan xəstələr bu nöqteyi-nəzərlə siflisdən xilas olacaqlarını düşünürlər. Halbu ki, araşdırmaya başlanılan zaman "penisillin" adlı antibiotikin bu xəstəlikdə təsirli olduğu bilinirdi. İş 1972-ci ildə bitir və təcrübəyə daxil edilən 400 xəstənin heç birisində penisillin tətbiq olunmur.

Bilim adına yapılmış en acımasız 11 deney 22.resim

Fillərə tətbiq edilən LSD
1962-ci ildə Oklahoma Citydəki Linkoln zooparkının direktoru Uorren Tomas Tusko adlı bir filə insana aid LSD dozasının 3000 qatını yeridir. (LSD tibbi sahəsində məlum olan ən təsirli narkotiklərdən biridir. 25 milliqram LSD bir insanı yarım gün ərzində dəli edə bilir).
Tomas təcrübə zamanı LSD-nin cinsi təcavüzkarlıq və dəlilik deyə adlandırıla biləəck "musth" təsirini ölçmək istəyirdi. Həddindən artıq dozada LSD yeridilən Tusko bu əməliyyatdan qısa müddət sonra yerə yıxılır və titrəyərək ölür.

Image result for Fillərə tətbiq edilən LSD