Biləsuvarda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəlilabadla birləşdiyi hissədə, "Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Həmin ərazidə iki minik avtomobili toqquşub. "Mersedes markalı avtomobildə olan Biləsuvarın Xırmandalı kənd sakinləri, əkiz qardaşlar - 27 yaşlı Elton və Elnur Siyasət oğlu Orucovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra zərərçəkmişlər Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.