FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb.

Unikal.org  xəbər verir i, FİFA versiyası üzrə 2016-cı ilin ən yaxşı futbolçusu adına əsas favoritlər "Real Madrid" klubunun hücumçusu Kriştiano Ronaldo, "Barselona" klubunun yarımmüdafiəçisi Lionel Messi və "Atletiko Madrid" klubunun şərəfini qoruyan Antuan Qrizman olub. Ötən il "Real Madrid" klubu ilə Çempionlar Liqasını qazanan və futbol üzrə Avropa çempionu olan Kriştiano Ronaldo 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Dünyanın ən yaxşı qadın futbolçusu nominasiyasında mükafat ABŞ-ın "Hyuston klubunun oyunçusu Çarli Lloyda təqdim olunub.

"FİFA ən yaxşı kişi məşqçisi nominasiyasında qalib Klaudio Ranyeri ("Lester) olub. O, ötən mövsüm İngiltərədə çempionluq qazanıb.

"FİFA Puşkaş mükafatı 2016-cı ilin ən gözəl qolunun müəllifinə təqdim olunub. Qalib isə Mohd Faiz Subri ("Penanq) olub.

Mükafatlandırma mərasimində, həmçinin rəmzi olaraq 2016-cı ilin ən yaxşı futbolçularından ibarət dünya yığması - FİFPro təqdim edilib. Həmin komandanın tərkibi belə olub: Manuel Noyer (qapıçı), Dani Alveş, Jerar Pike, Serco Ramos, Marselo (müdafiəçi), Luka Modriç, Toni Kroos, Andres İniesta (yarımmüdafiəçi) və Lionel Messi, Luis Suares, Kristiano Ronaldo (hücumçu).