Şimali Koreya lideri Kim Çen In yaxın günlərdə yeni nüvə silahının sınağını və ballistik raketin buraxılışını həyata keçirəcəyini bəyan edib.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Reuters Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, Şimali Koreya lideri "müvafiq qurumlara sınaqlara hazırlaşmağı və hər şeyi son detala qədər yoxlamağı tapşırıb". Sınaqların məqsədi yerli texnologiya ilə hazırlanan və istehsal edilən başlığın ucunun termosabitliyinin, eləcə də termodayanıqlı örtük materialının erroziyasınının dəyərləndirilməsidir.