Bakıda xətt avtobusunda oğurluq etmiş şəxs tutulub.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 14-də Nəsimi rayonu ərazisində 20 saylı xətt avtobusunda Ağsu rayon sakini Azər Niftəliyevin cibindən 500 ABŞ dollarını oğurlayaraq avtobusdan düşüb qaçan şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub. Onun, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli olması müəyyən edilib.
 
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.