Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Bakı İstintaq təcridxanasına köçürülməsi ilə bağlı müraciət edib.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya məlumat verən H. Məmmədovun vəkili Afət Qazıyeva bildirib ki, H. Məmmədov saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasına köçürülməsi ilə bağlı adiyyatı quruma müraciət edib. Vəkil onun müraciətinə hələlik cavab verilmədiyini də bildirib.
Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs ediliblər.
H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.
Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.